"Real"ın hücumçusu "Marsel"i arzulayır

"Real"ın hücumçusu "Marsel"i arzulayır
XƏBƏR 15 Mart 2012 / 18:27 2479
-  A +

"Real" (Madrid) klubunun hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/4 final mərhələsinin sabah keçiriləcək püşkatmasına münasibət bildirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, fransız futbolçu bu mərhələdə ölkəsinin yeganə təmsilçisi "Marsel"lə qarşılaşmaq istədiyini vurğulayıb:

"Bir fransız olaraq 1/4 finalda "Marsel"lə qarşılaşmaq istərdim. Ancaq turnirin bu mərhələsində daha güclü komandalar olur. CSKA qarşısında nə edəcəyimizi yaxşı bilirdik. Ona görə də layiqli qələbə qazandıq. Səhhətimlə bağlı da heç bir problemim yoxdur. Səbirsizliklə rəqibimizi gözləyirik".

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi martın 16-da, Bakı vaxtı ilə saat 14:45-də keçiriləcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı