Cüneyt Biçər əvvəlki vəzifəsinə qayıtdı

Cüneyt Biçər əvvəlki vəzifəsinə qayıtdı
XƏBƏR 15 Mart 2012 / 16:50 2815
-  A +

Cüneyt Biçər “Xəzər Lənkəran” futbol klubunun baş məşqçi postundan istefaya göndərilib.

Klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyevin Lent.az-a verdiyi məlumata görə, türkiyəli mütəxəssis komandanın idman direktoru vəzifəsinə qayıdıb.

Biçərin istefaya göndərilməsi “Qarabağ” (0:1) və “İnter”lə (2:3) son oyunlarda “Xəzər Lənkəran”ın məğlubiyyətləri ilə əlaqədar olub.

Qeyd edək ki, Cüneyt Biçər 2011-ci il dekabrın 5-də komandanın baş məşqçisi təyin olunmuşdu. O, Mirça Redniki əvəzləmişdi.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın