Nuri Şahin "Mançester Yunayted" yolunda

Nuri Şahin "Mançester Yunayted" yolunda
XƏBƏR 15 Mart 2012 / 16:15 2464
-  A +

"Real" (Madrid) klubunun türkiyəli futbolçusu Nuri Şahin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, gənc futbolçu "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

"Real" gəldiyi gündən bəri zədə səbəbindən əsas heyətdən kənarda qalan Nurinin mövsümün sonunda komandadan ayrılacağı gözlənilir.

"Mançester Yunayted"in baş məşqçisi Ser Aleks Fergüsson 23 yaşlı futbolçunu komandasında görmək istəyir. Lakin "Real"ın baş məşqçisi Joze Mourinyonun Nurini buraxmaq istəmədiyi bildirilsə də, rəhbərlik sərfəli təklif gələcəyi təqdirdə futbolçunu satacaqlarını açıqlayıb.

Qeyd edək ki, Nurini "Mançester Yunayted"lə yanaşı, "Borussiya" (Dortmund) və "İnter" klubları da yaxından maraqlanır. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord