Muarem Muarem: "Üzərimizdə hər hansı təzyiq yoxdu"

Muarem Muarem: "Üzərimizdə hər hansı təzyiq yoxdu"
XƏBƏR 15 Mart 2012 / 15:06 1858
-  A +

"Kubok mübarizəsində səfərdə qol vurmaq çox vacibdir. Oyunda heç də pis başlamadıq. Amma qarşılaşmanın gedişində 2 dəfə geriyə düşdük".

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Muarem Muarem klubun rəsmi saytına müsahibəsində deyib.

Makedoniya futbolçu Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə keçirilən görüşlə (2:2) bağlı fikirlərini bölüşüb: "Bərabərlik qolunun müəllifi olan Muarem bildirib: "Bu, o demək deyil ki, işimiz başa çatdı. Cavab oyunu daha çətin olacaq.
 
“Qəbələ”nin olduqca sürətli hücum xətti var. Sadəcə, ilk hissə başa çatıb. Hələ cavab oyunu var. Mənim qol vurmağıma gəlincə, əslində, demək olar ki, hər oyunda yaxşı imkanım olurdu. “Bakı” və “Kəpəz”lə oyunlarda fərqlənməyə borcluydum. Amma indi daha çətin məqamda qol vura bildim.

Təbii ki, qol vurmaq özünə əminlik gətirir. Hər 2 cəbhədə mücadiləmizi davam etdiririk. Ona görə də hamımız komandanın uğurlu olması üçün çalışırıq. Adaptasiya ilə bağlı deməzdim ki, problemim oldu. Heç bir çətinliyim olmadı. Türk olduğuma görə dili başa düşürəm. Mədəniyyətlə bağlı da yaxınlıq bəllidi.

Həm də kollektivdə hamı bir-birinə kömək edir. İnşallah, bu birlik-bərabərliyimizi titul qazanmaqla qeyd etmək istəyirik. Üzərimizdə hər hansısa təzyiq yoxdu. Qurban müəllim bizə daim özümüzə inanmağı aşılayır. Hazırda yaxşı formadayıq. İnanıram ki, mövsümün sonunda hədəflərimizə çata biləcəyik". 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın