“Simurq”da ciddi itkilər

XƏBƏR 16 Aprel 2009 / 12:07 2220
-  A +

Premyer-liqanın XXII turu çərçivəsində səfərdə “Olimpik”in qonağı olacaq “Simurq” sözügedən matçın hazırlıqlarını davam etdirir. Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisi “Olimpik” önünə ciddi itkiylə çıxacaq. “Simurq”un “vuran ayağı” - 9 qolla komandanın ən yaxşı bombardiri olan Vladimir Mazyar zədə səbəbindən qarşıdakı matçı buraxacaq. Komandanin düşərgəsində daha iki zədəli var. Aleksandr Çertoqanovla David Bolkvadze də zədədən əziyyət çəkilər. Lakin bu iki futbolçunun “Olimpik”lə matçda meydana çıxıb-çıxmayacağı hələ məlum deyil. Həkimlər hər iki futbolçunu oyuna yetişdirməyə çalışırlar. Xatırladaq ki, “Olimpik” - “Simurq” oyunu aprelin 18-də saat 16:00-da “Şəfa” stadionunda keçiriləcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki