"Xəzər Lənkəran"da 20-ci kapitan

"Xəzər Lənkəran"da 20-ci kapitan
XƏBƏR 15 Mart 2012 / 14:52 2282
-  A +

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter”lə ilk oyunu “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev üçün əlamətdar olub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu karyerasında ilk dəfə meydana "Xəzər Lənkəran"ın kapitanı kimi çıxıb.

Bununla da, o, klub tarixinə 20-ci kapitan kimi düşüb. Bunadək “Xəzər Lənkəran”ın hesabında olan 290 matçda cəmi 19 oyunçu meydana kapitam qismində çıxmışdı. Lakin bu matçlardan birində texniki nəticə qeydə alındığından Elnur ümumilikdə 291-ci, baş tutan 290-cı oyunda 20-ci kapitan olub.
 
Qeyd edək ki, Elnur Azərbaycan kubokunda meydana kapitan kimi çıxan 14-cü futbolçu kimi yadda qalıb. Kubokun 51-ci matçınadək 13 oyunçu buna nail olmuşdu.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın