"Bakı"da Novruz tədbirləri keçirildi

"Bakı"da Novruz tədbirləri keçirildi
XƏBƏR 15 Mart 2012 / 14:40 1653
-  A +

"Bakı" klubu ilk baharın gəlişini təntənə ilə qeyd edib.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın təlim-məşq bazasında yerləşən Akademiyada keçirilən bayram tədbirini giriş sözü ilə “Bakı” klubunun vitse-prezidenti Nail Əliyev açıb.

O, öncə klub rəhbərliyinin təbriklərini çatdırıb. Sonra klub tərəfindən futbolçular üçün yaradılan yüksək səviyyəli şəraitdən, onların uğurlu çıxışından danışıb.

Sonra söz “Bakı” futbol klubunun uşaq futbolu üzrə koordinatoru Yüksəl Kepoğluya verilib. Kepoğlu da çıxışı zamanı yeniyetmə futbolçuların gələcəyinə inandığını onların istər klub istərsə də milli səviyyəsində Azərbaycanı layiqincə təmsil edəcəyinə ümidvar olduğunu qeyd edib.

Tədbir baharın simvolları – Kosa, Keçəl və Bahar qızın çıxışı ilə davam etdirilib. Sonda futbolçular üçün bayram süfrəsi açılıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı