Georgi Çixradze: "Simurq" yaxşı vaxtlarını yaşamır"

Georgi Çixradze: "Simurq" yaxşı vaxtlarını yaşamır"
XƏBƏR 15 Mart 2012 / 10:50 1587
-  A +

Zaqatalanın "Simurq" klubunun baş məşqçisi Giorgi Çixradze sabiq komandası "İnter"in rəsmi saytına müsahibə verib.  

- Öncə yeni təyinatınız münasibətilə sizi təbrik edir və yeni iş yerinizdə sizə uğurlar arzulayırıq.

- Çox sağ olun.

- Bilmək istərdik, iki mövsümdən artıq çalışdığınız “İnter” klubundan ayrılmaq çətin olmadı?

- Əlbəttə, ayrılmaq çox çətin oldu. Bu müddət ərzində komandaya alışmışdım. Deyim ki, “İnter”də işləməyə kömək edən yaxşı atmosfer hökm sürür. Burada çox yaxşı kollektiv var və bu klubla məni həmişə isti münasibət və xatirələr bağlayacaq.

- “İnter”ə gəlişinizin təşəbbüskarı Kaxaber Sxadadze olmuşdu. Maraqlıdır, sizin bu yeni təyinatınıza necə yanaşdı?

- Kaxaber çox hörmətlə yanaşdı. Etiraf edim ki, “İnter”də çalışdığım ilk gündən o, qeyd etmişdi ki, əgər mənə hər hansı bir təklif edilərsə, o zaman buna anlaşıqlıqla yanaşacaq və mənim gedişimdə heç bir problem yaranmayacaq. Səmimi desəm, bunadək mənə bir neçə dəfə təklif göndərilmişdi, lakin mən onları heç nəzərdən keçirməmişdim.

- Yeni təyinatınızdan nə gözləyirsiniz?

- Səmimi desəm, “Simurq”a dəvət mənim üçün yeni çağırışdır. Klubun rəhbərliyi mənə müraciət etdi və onlara kömək etmək qərarına gəldim. Hazırda bu komanda özünün heç də yaxşı vaxtlarını yaşamır və mən onu toparlamağa çalışacağam, mübarizə bacarığı olan kollektiv yaratmağa cəhd göstərəcəyəm.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı