Coko Haciyevski: “Bəxtiyar Soltanov Avropa səviyyəli futbolçu olacaq”

Coko Haciyevski: “Bəxtiyar Soltanov Avropa səviyyəli futbolçu olacaq”
XƏBƏR 16 Aprel 2009 / 11:44 2516
-  A +

“Bəxtiyar Soltanov son turlar çox gözəl təsir bağışlayır. Onun böyük istedadı və bacarığı var. Oynadığı oyun və vurduğu qollarla bunu sübut edib. Nə vaxt şans verirsən, dərhal bundan maksimum yararlanır və qol vurur”. Bu sözləri Qol.Az saytına “Bakı”nın baş məşqçisi Coko Haciyevski komandasının gənc üzvü Bəxtiyar Soltanov haqqında deyib. Makedoniyalı mütəxəssis növbəti toplanışda Bəxtiyarın əsas milliyə çağrılma perspektivinə də toxunuu: “Bu məsələdə tələsmək lazım deyil. Bəxtiyar hələ gəncdir. Ola bilər bu toplanışa dəvət almasın. Hər halda seçim Foqtsundur. Amma növbəti toplanışlarda ona da şans vermək olar. İnanıram ki, Soltanov özü də bunun üçün səy göstərəcək. Buna əminəm. Bəxtiyar yaxın gələcəkdə Avropa səviyyəli futbolçu olacaq”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı