"Beşiktaş" və Mançester təmsilçiləri Avroliqa ilə vidalaşdı

"Beşiktaş" və Mançester təmsilçiləri Avroliqa ilə vidalaşdı
GÜNDƏM 16 Mart 2012 / 01:58 6525
-  A +

Bu gün Avroliqada 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. 

Qol.Az-ın məlumatına görə, keçirilən 8 qarşılaşmadan sonra bütün 1/4 finalçılar müəyyənləşib.  

Çempionlar Liqasında kənarda qalan "Mançester Yunayted" Avroliqada da eyni aqibətlə üzləşib. Öz meydanında "Atletik" (Bilbao) klubuna 2:3 uduzan "qırmızı şeytanlar" səfərdə də meydanı məğlub tərk edib - 1:2. 

"Mançester Siti" isə doğma azarkeşləri önündə "Sportinq" klubunu qəbul edib. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan həmin məğlubiyyətin əvəzini evdə çıxmağa çalışacaqdı. "Şəhərlilər" bu görüşdə rəqibini məğlub etsə də, bu nəticə növbəti mərhələyə adlamaq üçün yetərli olmayıb - 3:2. 

Azərbaycan futbolsevərlərinin diqqəti isə yenidən İstanbula yönəlib. Burada yerli "Beşiktaş" klubu "Atletiko" (Madrid) klubu ilə qarşılaşıb. Səfərdə rəqibinə 1:3 hesabı ilə məğlub olan "qara qartal" bu dəfə evdə həmin məğlubiyyətin əvəzini çıxmağa çalışsa da, buna nail olmayıb - 0:3.


15 mart

“Beşiktaş” (Türkiyə) – “Atletiko” (İspaniya) (İlk oyun – 1:3) - 0:3
Qollar:
 Adrian, 26 (0:1), Falkao, 84 (0:2), Salvio, 90+2 (0:3)

“Şalke” (Almaniya) – “Tvente” (Hollandiya) (İlk oyun – 0:1) - 4:1
Qollar: 
Villem Yanssen, 14 (0:1), Yan Huntelaar, 29 (1:1), 57-pen (2:1), 81 (4:1), Cons, 71 (3:1) 

“Mançester Siti” (İngiltərə) – “Sportinq” (Portuqaliya) (İlk oyun – 0:1) - 3:2
Qollar:
 Fernandez, 33 (0:1), Volfsvinkel, 40 (0:2), Aquero, 60 (1:2), 82 (3:2), Balotelli, 75-pen (2:2)

“Olimpiakos” (Yunanıstan) – “Metallist” (Ukrayna) (İlk oyun – 1:0) - 1:2
Qollar:
 İvan Marcano, 15 (1:0), Villaqra, 81 (1:1), Deviç, 86 (1:2)



“Atletik” (İspaniya)
– “Mançester Yunayted” (İngiltərə) (İlk oyun – 3:2) - 2:1
Qollar: Lorente, 23 (1:0), Oscar De Markos, 65 (2:0), Ueyn Runi, 80 (2:1)

PSV (Hollandiya) – “Valensiya” (İspaniya) (İlk oyun – 2:4) - 1:1
Qollar:  Adil Rami, 46, (0:1), Ola Toivonen, 64 (1:1)

“Udineze” (İtaliya) – “Alkmaar” (Hollandiya) (İlk oyun – 0:2) - 2:1
Qollar: Di Natale, 3-pen (1:0), 15 (2:0), Falkenburq, 31 (2:1)

“Hannover-96” (Almaniya) – “Standard” (Belçika) (İlk oyun – 2:2) - 4:0
Qollar: Mohammed Abdellaoue, 4; Kanu, 21 (avtoqol); Didier Konan, 73; Sergio Pinto, 90

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı