Maradonadan Peleyə növbəti atmaca

Maradonadan Peleyə növbəti atmaca
XƏBƏR 15 Mart 2012 / 01:27 1963
-  A +

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona yenidən braziliyalı həmkarı Peleyə cavab verib.

Qol.Az-ın "Goal.com"a istinadən verdiyi məlumata görə, hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl” klubunun baş məşqçisi olan Maradonanı bu dəfə Pelenin özünü bəstəkar Lüdviq van Bethoven və rəssam Mikelancelo ilə müqayisə etməsi özündən çıxarıb.

Argentinalı ulduz deyib: “Pele futbolun Bethoveni olduğunu düşünürsə, onda mən Ron Vud, Kit Riçards və Bononun eyni simasıyam. Çünki mən ehtirasla oynayıram. Bethovenin musiqisinin futbol matçında səsləndirildiyini heç vaxt eşitməmişəm. Ümumiyyətlə, əvvəllər də dediyim kimi, hərdən Pele lazımsız həbləri qəbul edir, sonra da ağılsız bəyanatlar verir”.

Qeyd edək ki, Ron Vud, Kit Riçards və Bono rok ifaçıları, Lüdviq van Bethoven isə klassik musiqi bəstəkarıdır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı