Avropa çempionatına azərbaycanlı axını davam edir

Avropa çempionatına azərbaycanlı axını davam edir
AVRO-2012 15 Mart 2012 / 00:35 2832
-  A +

İyunun 8-də Ukrayna və Polşada start götürəcək futbol üzrə Avropa çempionatına xeyli azərbaycanlı turist yollanacaq.

Qol.Az-ın məlumatına görə, bununla əlaqədar Danil Qalitski adına Lvov Beynəlxalq Hava Limanı Bakıdan birbaşa reyslər qəbul etməyi qərara alıb.

Bu barədə hava limanının əməkdaşı Qalina Vinarçik açıqlama verib. O bildirib ki, Azərbaycan paytaxtından ilk müntəzəm aviareys iyunun 3-də həyata keçiriləcək. İlkin məlumatlara əsasən, Lvov Beynəlxalq Hava Limanı nüfuzlu turnirin keçiriləcəyi müddətdə ayrı-ayrı ölkələrdən 49 min azarkeşə və çempionat iştirakçılarına xidmət edəcək.

Qeyd edək ki, iyulun 1-dək davam edəcək Avropa çempionatının oyunları Polşanın Varşava, Poznan, Vrotslav, Qdansk və Ukraynanın Kiyev, Donetsk, Xarkov, Lvov şəhərlərində keçiriləcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı