"Özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım"

"Özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım"
XƏBƏR 15 Mart 2012 / 00:01 1669
-  A +

"Məşqçilərimə minnətdarlığımı bildirirəm ki, mənə bu oyunda şans verdilər. Gənc futbolçu kimi özümü ən yaxşı tərəfdən göstərməyə çalışdım".

Qol.Az-ın məlumatına görə, "Neftçi"nin futbolçusu Elşən Abdullayev "Kəpəz"lə oyundan sonra (2:1) klubun rəsmi saytına açıqlamasında deyib.

Gənc futbolçu gələcək görüşlərdə də oynamaq şansı qazanacağına inandığını bildirib: "Vurduğumuz 2 qoldan birinin də müəllifi oldum. İnanıram ki, gələcək görüşlərdə də oynamaq şansı qazanacam".


Son xəbərlər