Kaxaber Sxadadze: "Cütün taleyinə Lənkəranda aydınlıq gələcək"

Kaxaber Sxadadze: "Cütün taleyinə Lənkəranda aydınlıq gələcək"
XƏBƏR 14 Mart 2012 / 18:22 1982
-  A +

"İlk hissədə normal oynadıq və hesabı açdıq. Fasilədən sonra ilk 10-12 dəqiqə ərzində sanki yuxuya getmişdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Xəzər Lənkəran"la keçirilən oyundan sonra (3:2) keçirilən mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssis bu görüşdə komandasının əsl xarakter göstərdiyini bildirib: "İkinci hissənin əvvəllərində komandam məğlub duruma düşdü. Bununla belə, futbolçularım əsl xarakter göstərərək yenidən hesabda önə keçdi.

Məğlub durumda olarkən dönüş yaratmaq heç də asan deyil. Komandamı bu qələbə münasibəti ilə təbrik edirəm. Bir top fərqi ilə qalib gəldik. Bilirik ki, "Xəzər Lənkəran" öz meydanında yaxşı oynayır. Cütün taleyinə Lənkəranda aydınlıq gələcək.

Krastovçevin oyununa gəldikdə isə bu futbolçunun zədəsi var idi. Bu oyunda Krastovçevə şans verdik, o da çıxıb öz qolunu vurdu. Qarşıdakı oyunlarda baxacağıq, hansı oyunçu özünü yaxşı tərəfdən göstərəcək, ona da şans verəcəyik".

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın