AZAL-ın məşqçisi hakimlərə etiraz etdi

XƏBƏR 14 Mart 2012 / 18:21 1456
-  A +

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Lakin hakimlərə sualım var, bu nə biabırçılıqdı?”

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev deyib.

O, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Bakı” ilə ilk oyunu (1:3) haqda fikirlərini açıqlayıb: “Bir neçə dəfə təmiz penaltimizi vermədilər. Hər dəfə narazılığımı Elçin Məmmədova bildirəndə, ehtiyat hakim məni sakitləşdirir, hər şeyin qaydasında olduğunu deyirdi. Bu məğlubiyyət hələ heç nə demək deyil. Cavab oyununa yaxşı hazırlaşıb, yarımfinala çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın