Cüneyt Biçər hakimin qərarlarını şübhə altına aldı

Cüneyt Biçər hakimin qərarlarını şübhə altına aldı
ÖLKƏ FUTBOLU 14 Mart 2012 / 18:16 2730
-  A +

«Bu gün çox gərgin oyun oldu. Komandamız birinci hissədə məğlub duruma düşsə də, sonra gücünü toplayıb iki qol vurdu. Məncə, hesabı qoruyub saxlaya bilərdik. Sadəcə, müəyyən boşluqlara yol verdik. Nəticədə də məğlub olduq».

Qol.Az-ın məlumatına görə, bu sözləri «Xəzər Lənkəran»ın baş məşqçisi Cüneyt Biçər bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda «İnter»ə 2:3 hesabıyla uduzduqları oyundan sonra bildirib.

«İkinci hissədə də təhlükəli vəziyyətlərimiz oldu. Hakim təmiz penaltimizi vermədi. Qapımıza təyin olunan penalti isə, mənə görə, doğru deyildi. Uduzsaq da, ümidimizi növbəti oyuna bağlamışıq. Bir top fərqiylə məğlub olmuşuq. Hesab edirəm ki, cavab matçında növbəti mərhələyə çıxmaq olar» - deyə C.Biçər bildirib.

Lider futbolçularından olan Rahid Əmirquliyevi əsas heyətdə oyuna salmamasıyla bağlı türkiyəli mütəxəssis bunları deyib: «Rahid son vaxtlar tez-tez ilk «onbirlik»də meydana çıxır. Keçən həftə zədə də almışdı. Ona görə də digər futbolçuları yoxladıq. Bu, həm də bizim taktiki gedişimiz idi».

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı