Valeri Abramidze: «İlk qolu vurduqdan sonra elə bil yuxuya getdik»

Valeri Abramidze: «İlk qolu vurduqdan sonra elə bil yuxuya getdik»
XƏBƏR 14 Mart 2012 / 18:01 1805
-  A +

«Bu gün hesabı biz açsaq da, sonradan elə bil yuxuya getdik. Rəqib də bundan istifadə edib iki qol vurdu».

Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri «İnter»in müdafiəçisi Valeri Abramidze bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda «Xəzər Lənkəran»a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

«Qələbə qazansaq da, bu, hələ hər şey demək deyil. Biz uduzmaq istəmirdik. Çalışırdıq ki, azarkeşlərimiz önündə qələbə qazanaq. Lənkərandakı təkrar oyun çətin olacaq. Çünki «Xəzər Lənkəran» «ev»də daha yaxşı oynayır» - deyə o qeyd edib.

 


Son xəbərlər