Fatih Kavlak: «Qarabağ» maşın kimi işləyir»

Fatih Kavlak: «Qarabağ» maşın kimi işləyir»
ÖLKƏ FUTBOLU 14 Mart 2012 / 16:27 2905
-  A +

«Qəbələ» klubunun baş məşqçisi Fatih Kavlak bu gün «Qarabağ»a qarşı keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunundan (2:2) sonra görüşlə bağlı fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, o deyib, oyuna yaxşı başlamasalar da, ilk hissəni 1:0 hesabıyla qalib başa vurublar.

«İkinci hissəsə qapımızlan qol buraxdıq. Amma sonra yenə önə çıxdıq. Buna baxmayaraq, hesabı qoruya bilmədik. Mən üç il əvvəl «Qarabağ»da işləmişəm, bu komandanı yaxşı tanıyıram. Hələ də heyətlərini qoruyub saxlayıblar. Fiziki gücləri çox yaxşıdır. Bir sözlə, "Qarabağ" maşın kimi işləyir. Mən «Qarabağ»a çempionatda uğurlar arzulayıram. Baxmayaraq ki, Premyer Liqada növbəti oyunları məhz bizimlə olacaq» - deyə F.Kavlak bildirib.

Daha çox


Son xəbərlər