Qurban Qurbanov: «Quzanlıdakı təkrar oyun daha çətin olacaq»

Qurban Qurbanov: «Quzanlıdakı təkrar oyun daha çətin olacaq»
GÜNDƏM 14 Mart 2012 / 16:21 2794
-  A +

«Qəbələ» bizimlə oyunda sübut etdi ki, çempionatda «Neftçi» və «Xəzər Lənkəran»ı təsadüfən udmayıb».

Qol.Az-ın məlumatına görə, bu sözləri «Qəbələ» ilə oyundan sonra «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib.

Hər iki komanda arasında bu gün Qəbələdə keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu 2:2 hesabıyla yekunlaşıb.
 
«Fatih Kavlakın işi görsənir. Rəqibi yaxşı təhlil etmişdik. «Qəbələ» çox yaxşı hücum xəttinə malikdir. Bugünkü nəticəyə gəlincə, hesabı ədalətli sayıram. Hesab edirəm ki, hələ heç nə bitməyib. Quzanlıdakı təkrar oyun bundan daha çətin olacaq» - deyə Q.Qurbanov vurğulayıb.

Daha çox


Son xəbərlər