Vaqif Cavadov 2 il 3 aylıq fasilədən sonra “Qarabağ”la rəsmi oyuna çıxdı

XƏBƏR 14 Mart 2012 / 14:22 1831
-  A +

Vaqif Cavadov 2 il 3 aylıq fasilədən sonra yenidən “Qarabağ”la rəsmi oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Cavadov bu gün “Qəbələ”yə qarşı keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında əsas heyətdə yer alıb.

Qeyd edək ki, Cavadov “Qarabağ”da sonuncu rəsmi oyununu 2009-cu ilin dekabrında Azərbaycan Premyer Liqası çərçivəsində keçirmişdi. Bundan sonra o, Hollandiya “Tvente”sinə transfer olumuşdu. Cavadov daha sonra “Bakı” və “Volqa”da çıxış edib, bu ilin yanvarında isə yenidən “Qarabağ”a qayıdıb.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq