"Qəbələ" və "Qarabağ"dan centlmensayağı addım

XƏBƏR 14 Mart 2012 / 13:55 2284
-  A +

Bir neçə dəqiqədən sonra Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində ilk oyunlarına çıxacaq "Qəbələ" və "Qarabağ" klubları centlmensayağı addımla yadda qalıblar.

Qol.Az-ın məlumatına görə, hər iki komanda bu gün keçirilən məşqdən öncə meydana çıxaraq bir-birilərini salamlayıblar.

Görüş zamanı həm "Qəbələ", həm də "Qarabağ"ın futbolçuları və məşqçilər heyəti bir-birilərinə uğurlar arzulayıblar.

Buna komandaların azarkeşləri də biganə qalmayıb. "Qəbələ"nin azarkeşləri "Qarabağ"lı oyunçuları, Ağdam təsmilçisinin fanatları isə meydan sahiblərinin futbolçularını alqışlayıblar.


Son xəbərlər