"Xəzər Lənkəran"ın "İnter"lə 5-ci dueli, 7-ci oyunu

"Xəzər Lənkəran"ın "İnter"lə 5-ci dueli, 7-ci oyunu
XƏBƏR 14 Mart 2012 / 13:07 1645
-  A +

Bu gün keçiriləcək Azərbaycan kubokunun ¼ final mərhələsinin ilk oyunları çərçivəsində “İnter”in qonağı olacaq “Xəzər Lənkəran” tarixində 27-ci dəfə bu rəqiblə qarşılaşacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, indiyədək bakılılarla 20 dəfə çempionat, 6 dəfə kubokda üz-üzə gələn Lənkəran təmsilçisi 6 qələbə qazanıb və 7 dəfə məğlub olub.

Bundan başqa heç-heçə başa çatan 13 görüşün birində penaltilər seriyasında da qalib gələn məhz “Xəzər Lənkəran” olub. Bu görüşlərdəki top fərqində isə tarazlıqdır – 26:26. Təbii ki, penaltilər seriyası nəzərə alınmamaqla.
 
Vurulan qollardakı bərabərliyi öz xeyrinə dəyişmək, qələbə sayında tarazlıq yaratmaq üçün Bakıya səfər edən Cüneyt Biçərin komandası kubok qarşılaşmalarında rəqibindən aşkar üstündür. Belə ki, 6 matçdan ibarət 4 kubok duelinin 3-də məhz “Xəzər Lənkəran” qalib gəlib. 1/4 finala təsadüf edən 5-ci duelə qədər 2 dəfə - 2004/05 və 2006/07 mövsümlərində yarımfinalda baş tutan ikili qarşılaşmalardan sonra əvvəl “İnter”, sonra “Xəzər Lənkəran” mərhələ adlayan tərəf olmuşdu.

2007/08 və 2010/11 mövsümlərində isə "Xəzər Lənkəran" finalda qalib gəlmişdi: əvvəl əlavə vaxtda, sonra penaltilərlə. Bu 6 matçda 3 qələbəsi olan “Xəzər Lənkəran” 2 dəfə heç-heçə edib və yalnız 1 dəfə uduzub. Top fərqi də cənub təmsilçisinin xeyrinədir – 7:4. Bu da 2004/05 mövsümünə təsadüf edib. Kubokdakı yeganə məğlubiyyətdən sonra 2524 gündür ki, “İnter” kubokda "Xəzər Lənkəran"la bacarmır.
 
Qeyd edək ki, “Xəzər Lənkəran” “İnter”lə qarşılaşdığı mövsümlərdə kubokun qalibi olub. Belə ki, 2 dəfə finalda buna nail olan "Xəzər Lənkəran" 2006/07 mövsümünün həlledici qarşılaşmasında “MKT-Araz”dan üstün olmuşdu – 1:0.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord