"İnter", "Bakı" və "Neftçi" qələbə qazandı, Qəbələdə heç-heçə (YENİLƏNİB)

"İnter", "Bakı" və "Neftçi" qələbə qazandı, Qəbələdə heç-heçə (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 14 Mart 2012 / 17:48 12505
-  A +

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, bu mərhələnin bütün görüşləri eyni gündə baş tutub.

Qəbələdə şəhərin eyniadlı komandası "Qarabağ"ı qəbul edib. "İlk altılığ"a yaxşı başlayan hər iki komandanın dueli böyük maraq doğururdu. Bu görüşdə "Qəbələ" iki dəfə hesabda irəli çıxsa da, Ağdam təmsilçisi cavab qolunu vurmağa müvəffəq olub. Bununla da, Qəbələdə qollu heç-heçə qeydə alınıb - 2:2.

Unibank Premyer Liqasının hazırki lideri "Neftçi" isə kubokda da inamla irəliləmək niyyətindədir. Bu mərhələdə isə "Neftçi" olduqca çətin səfər gözləyirdi. Gəncədə "Kəpəz"in qonağı olacaq Böyükağa Hacıyevin komandası səfərdən qələbə ilə ayrlıb - 2:1. 

Bu mövsüm heç də özünə bənzəməyən "Bakı" isə doğma azarkeşləri önündə AZAL-ı qəbul edib. Artıq Unibank Premyer Liqasında turlar irəlilədikcə çempion olmaq şansını itirən "zolaqlılar" əsas ümidini kuboka bağlayıb. Rəqibini 3:1 hesabı ilə məğlub edən "Bakı" cavab qarşılaşması öncəsi böyük üstünlük qazanıb.

Bu mərhələnin mərkəzi qarşılaşması isə "Şəfa" stadionunda keçirilib. Burada yerli "İnter" klubu "Xəzər Lənkəran"ı sınağa çəkib. Ötən mövsüm kubokun finalında üz-üzə gələn komandaların bu dəfəki dueli böyük maraqla gözlənilirdi. Finalda penaltilər seriyasında "Xəzər Lənkəran"a uduzan "İnter" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Gərgin keçən matç 3:2 hesabı ilə "İnter"in qələbəsi ilə başa çatıb.



 
14 mart (çərşənbə)

Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları

16:00. "İnter" - "Xəzər Lənkəran" - 3:2
Qollar:
Nizami Hacıyev, 39 (1:0), Elnur Abdullayev, 47 (1:1), Rendal Brenes, 57 (1:2), Enyo Krastovçev, 78 (2:2), Girtz Karlsons, 87-pen (3:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
"Şəfa" stadionu.


“İnter”: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 20. Girts Karlsons, 22. Peter Chrappan, 25. İbrahima Niasse

“Xəzər Lənkəran”: 85. Kamal Bayramov, 3. Elvin Beqiri, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev (k), 11. Andrei Mureşan, 16. Adrian Pit, 22. Semedo Antonio, 30. Rendal Brenes, 33. Stevan Bates, 81. Rikardo Qomes



14:00. "Qəbələ" - "Qarabağ" - 2:2
Qollar:
Viktor Mendi, 41 (1:0), Rauf Əliyev, 46 (1:1), Dodo, 65 (2:1), Muarem Muarem, 90 (2:2)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Vaqif Musayev, İnqilab Məmmədov

"Qəbələ": 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Barton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Luiz Paulo Hillario

"Qarabağ": 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 6. Rəşad Sadiqov (k) (Muarem Muarem, 76), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov (Vüqar Nadirov, 69), 24. Admir Teli, 25. Ansi Aqolli,
70. Vaqif Cavadov


14:00. "Kəpəz" - "Neftçi" - 1:2
Qollar:
Denis Silva, 28 (0:1), Elşən Abdullayev, 84 (0:2), Yuri Fomenko, 87 (1:2)
Hakimlər: Anar Salmanov, Ramiz Əsədov, İlham Əliyev, Fuad Həsənov

“Kəpəz”: 22. Tural Abbaszadə, 5. Əli İsmayılov, 15. Şahin Kərimov, 4. Azər Məmmədov (k), 25. İon Arabadji, 2. Nail Məmmədov, 9. Ceyhun Əhmədov, 18. Nikolay Svejentsev, 11. Sabir Allahquliyev, 10. Ceyhun Sultanov, 23. Junivan Suares

“Neftçi”: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 11. Cavid Hüseynov, 14. Bahadır Nəsimov,
15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 25. Cavid İmamverdiyev, 28. Emin Mehdiyev

 
15:00. "Bakı" - AZAL - 3:1
Qollar:
Aleksandar Soliç, 27 (1:0), Deividas Çesnauskis, 59 (2:0), koke, 63 (3:0), Şəhriyar Rəhimov, 68 (3:1) 
Hakimlər:
Rəhim Həsənov, Elman Musayev, Yaşar Abbasov, Elçin Məmmədov

“Bakı”: 1. Marko Şarliya, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis, 8. Junior Xavier Vilson, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 77. Aleksandar Soliç, 98. Koke

AZAL: 12. Cahangir Həsənzadə, 2. Petrov Robert, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 10. Nuqzar Kvirtiya, 11. Zohair Benouahi, 13. Şəhriyar Rəhimov, 15. Boghiu Georgi, 9. Elşən Məmmədov, 16. Arsenijeviç Bronislav, 17. İqbekoyi Viktor

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı