"Real" və "Çelsi" 1/4 finalda, CSKA və "Napoli" mübarizəni dayandırdı

"Real" və "Çelsi" 1/4 finalda, CSKA və "Napoli" mübarizəni dayandırdı
GÜNDƏM 15 Mart 2012 / 02:11 6383
-  A +

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti cavab görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Madridin "Real" klubu doğma azarkeşkəri önündə CSKA (Moskva) komandasını qəbul edib. Səfərdə rəqibi ilə 1:1 bərabərə qalan "Real" bu görüşün əsas favoriti hesab olunurdu. "Kral klubu" rəqibini 4:1 hesabı ilə məğlub etməklə növbəti mərhələyə vəsiqə qazanıb.

Günün digər qarşılaşması isə Londonda baş tutub. Burada yerli "Çelsi" klubu İtaliyanın "Napoli" klubu ilə qarşılaşıb. Səfərdə rəqibinə 1:3 hesabı ilə uduzan "Çelsi" evdə bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Matçın 90 dəqiqəsi 3:1 hesabı ilə başa çatdığından əlavə hissəyə ehtiyac yaranıb. Burada daha bir dəfə fərqlənən "zadəganlar" növbəti mərhələyə adlayıblar - 4:1. 

Qeyd edək ki, dünən keçirilən iki oyunla növbəti 1/4 finalçılar müəyyənləşib. "Barselona" (İspaniya), "Milan" (İtaliya), "Benfika" (Portulqaliya) və APOEL (Kipr) klubları ilə yanaşı, Fransanın "Marsel" və Almaniyanın "Bavariya" komandaları da adını 1/4 finala yazdırıblar.


 

14 mart

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri

23:45. "Real" (Madrid, İspaniya) - CSKA (Moskva, Rusiya) (ilk oyun - 1:1) - 4:1
Qollar:
İquain, 26 (1:0), Ronaldo, 55 (2:0), 90+2 (4:1), Benzema, 70 (3:0), Toşiç, 77 (3:1)

23:45. "Çelsi" (İngiltərə) - "Napoli" (İtaliya) (İlk oyun - 1:3) - 4:1
Qollar:
Droqba, 29 (1:0), Terri, 47 (2:0), İnler, 55 (2:1), Lempard, 75-pen (3:1), İvanoviç, 105 (4:1)


 

13 mart

"İnter" (İtaliya) - "Marsel" (Fransa) (ilk oyun - 0:1) - 2:1
Qollar: Milito, 75 (1:0), Brandao, 90 (1:1), Pazzini, 90+3-pen (2:1)

"Bavariya" (Almaniya) - "Bazel" (İsveçrə) (ilk oyun - 0:1) - 7:0
Qollar:
Roben, 11 (1:0), Müller, 42 (2:0), Qomez, 45 (3:0), 50 (4:0), 61 (5:0), 67 (6:0), Roben, 81 (7:0)

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı