Platini A Seriyasının favoritini açıqladı

Platini A Seriyasının favoritini açıqladı
XƏBƏR 14 Mart 2012 / 00:01 1649
-  A +

UEFA prezidenti Mişel Platini İtaliya A Seriyasının bu mövsümkü favoritini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Platini İtaliya mətbuatına verdiyi müsahibədə "Yuventus"un bu mövsüm çempion olacağına inandığını bildirib: 

"Bu mövsüm "Yuventus" A Seriyasının favoritidir. Turin təmsilçisi son turlarda ardıcıl xal itkisinə yol verdi və hazırda turnir cədvəlində "Milan"dan geri qalır. Ümid edirəm ki, "Yuventus" bu geriliyi aradan qaldıracaq və mövsümü çempion kimi başa vuracaq".

Qeyd edək ki, 27 turdan sonra 53 xalla ikinci pillədə qərarlaşan "Yuventus" klubu lider "Milan"dan 4 xal geri qalır.


Son xəbərlər