"Bavariya"nı keçsək, küçədə çılpaq gəzəcəyəm"

"Bavariya"nı keçsək, küçədə çılpaq gəzəcəyəm"
XƏBƏR 13 Mart 2012 / 18:30 2295
-  A +

Bu axşam Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə "Bavariya"nın qonağı olacaq İsveçrənin "Bazel" klubunun futbolçusu Aleksandr Draqoviç şok açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, Serbiya əsilli futbolçu "Bavariya"nı məğlub edərək 1/4 finala yüksələcəkləri təqdirdə küçədə çılpaq şəkildə dolaşacağını bildirib:

"Əsas odur ki, "Bavariya"nı mübarizədən kənarlaşdıraq. Əgər bunu bacarsaq, gərək sözümü tutum. Doğulduğum Vyana şəhərinin mərkəzi küçəsində günortadan sonra belə gəzmək olmaz. Ancaq yenə də buna bir çarə tapacağam".

Qeyd edək ki, öz meydanında "Bavariya"nı məğlub edən "Bazel"i (1:0) səfərdə istənilən heç-heçə və ya minimal hesablı qollu məğlubiyyət qane edir. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı