"Arsenal" daha bir futbolçusu ilə müqavilə yenilədi

"Arsenal" daha bir futbolçusu ilə müqavilə yenilədi
XƏBƏR 13 Mart 2012 / 17:06 2012
-  A +

"Arsenal" klubu son zamanlar sərgilədiyi oyunla diqqət çəkən futbolçusu Tomaş Rosiçki ilə müqaviləsini uzadıb.

Qol.Az-ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, "topçular"ın baş məşqçisi Arsen Venger çexiyalı futbolçunu komandada saxlamağı lazım bilib.

Lakin 31 yaşlı futbolçunun "Arsenal"la neçə illik müqavilə imzalaması haqda məlumat verilmir. Rosiçkinin minimum daha bir il komandada qalacağı ehtimal olunur.

Qeyd edək ki, 2006-cı ildə "Borussiya" (Dortmund) klubundan "Arsenal"a transfer edilən Rosiçki keçirdiyi 156 oyunda 19 qola imza atıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın