Millət vəkili Aqil Abbasdan «İnter»in prezidentinə sərt ittiham

Millət vəkili Aqil Abbasdan «İnter»in prezidentinə sərt ittiham
ÖLKƏ FUTBOLU 15 Aprel 2009 / 20:00 3403
-  A +

Azərbaycan Milli Məclisinin Ağdam-Ağcabədi dairəsindən olan deputatı Aqil Abbas Bakının «İnter» klubunun prezidenti Georgi Nikolovun «Qarabağ»ın ev oyunlarını Ağdamın Quzanlı kəndində keçirmək istəyinə qarşı çıxmasına kəskin etiraz edib. Bir vaxtlar «Qarabağ»ın fəxri prezidenti və prezidenti olmuş A.Abbas bildirib ki, nə Suraxanı qəsəbəsi, nə də bir vaxtlar «Qarabağ»ın rəqiblərini qəbul etdiyi Sumqayıt və İdman Akademiyasının stadionu onlar üçün doğma ola bilər: «Ağdam bizim evimizdir və biz rəqiblərimizi məhz orada qəbul etməliyik».
A.Abbas «Qarabağ»ın kiminsə tələbini qəbul etmək vəzifəsində olmadığını deyib: «Əgər «İnter»in prezidenti «Qarabağ»ın Ağdamda oynamasıyla razılaşmırsa, qayıtsın vətəni Bolqarıstana, orada özünə klub yaratsın və qarnını doydursun. Onsuz da onlarda krisizdir, acından ölürlər. Gəlib burda çörəyimizi yeyirlər, heç olmasa, bizə arxa çevirməsinlər. Azərbaycan futbolunun siyasətini hansısa klub prezidenti yox, AFFA müəyyənləşdirir. Əgər «İnter» və ya bir başqası Ağdama gəlməyəcəksə, ona texniki məğlubiyyət veriləcək».

Daha çox


Son xəbərlər