"Ronaldo və Messinin A Seriyasına getməsi imkansızdı"

"Ronaldo və Messinin A Seriyasına getməsi imkansızdı"
XƏBƏR 13 Mart 2012 / 13:36 2062
-  A +

İtaliyalı məşhur mütəxəssis Fabio Kapello "Milan"nın "Real" (Madrid) klubunun ulduzu Kriştiano Ronaldonu transfer etmək istəyinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, ölkəsinin mətbuatına müsahibə verən Kapello bu haqda belə danışıb:

"Ronaldonun transferi "Milan" və İtaliya futbolu üçün bir xəyaldır. Məncə, Ronaldo və Messinin A Seriyasına gəlməsi imkansızdır. Çünki onlar hazırda ən varlı klubda çıxış edirlər və hər zaman diqqət mərkəzindədirlər.
 
Ona görə də Silvio Berluskoni Ronaldo xəyalından əl çəkməlidir. Özümə gəldikdə isə "İnter"i çalışdırmayacağım dəqiqdir. Digər klublarda işləməyim istisna deyil. Lakin hələlik bir qədər dincəlirəm".   


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki