“Bakı” “Herta” ilə əməkdaşlığa başlayır

XƏBƏR 15 Aprel 2009 / 19:30 2510
-  A +

«Bakı» klubunun vitse-prezidenti Tunc Afşar Almaniya səfəri çərçivəsində Berlinin “Herta” klubu ilə əməkdaşlıq mövzusunu müzakirə edib. Qol.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Herta” futbol şöbəsinin müdiri Mixael Pritz və klubun baş skautu Rudi Voytoviçlə görüşən T.Afşar “Bakı” və “Herta” arasında əldə olunacaq anlaşmanın detallarını gözdən keçiriblər. Ardından “Herta”nın bazası ilə tanış olan T.Afşara klub adından hədiyyələr təqdim olunub.
T.Afşar bildirib ki, “Anderlext”lə imzaladıqları müqavilənin oxşarını “Herta” ilə reallaşdıracaqlar: «Müqaviləyə böyük maraq göstərən Rudi Voytoviçə təşəkkürlərimi bildirirəm. Cənab Voytoviç Azərbaycan U-21 milli komandasının məşqçisi Lippertlə tanışlığı olduğunu, davamlı olaraq ondan məlumatlar aldığını bildirdi. İmkandan istifadə edərək, “Herta” klubunun nümayəndələrini Bakıya dəvət etdim. Almaniyada aparılan işlərin Azərbaycan uşaq futbolu üçün çox faydalı olacağını düşünürük”.

 


Son xəbərlər