"İnter" son dəqiqədə yıxıldı, "Bavariya" "Bazel"i biabır etdi

"İnter" son dəqiqədə yıxıldı, "Bavariya" "Bazel"i biabır etdi
DÜNYA FUTBOLU 14 Mart 2012 / 01:40 5486
-  A +

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.

Səfərdə Fransa "Marsel"inə 0:1 hesabı ilə məğlub olan "İnter" doğma azarkeşləri həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin bunun üçün "İnter" minimum bir topla qalib gəlməli idi. Milan təmsilçisi ikinci hissədə hesabı açsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib - 2:1. 

Günün digər qarşılaşması isə Almaniyada baş tutub. Burada yerli "Bavariya" klubu İsveçrə "Bazel"ini qəbul edib. Səfərdə 0:1 hesabı ilə məğlub olan Münhen təmsilçisi növbəti mərhələyə adlamaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin "Bavariya" rəqibini Almaniyaya gəlməyə peşman edib - 7:0.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər 2 cavab görüşü isə sabah keçiriləcək. "Real" (Madrid) öz meydanında CSKA (Moskva) klubunu, "Çelsi" isə "Napoli"ni qəbul edəcək.

 


13 mart

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri

23:45. "İnter" (İtaliya) - "Marsel" (Fransa) (ilk oyun - 0:1) - 2:1
Qollar:
Milito, 75 (1:0), Brandao, 90 (1:1), Pazzini, 90+3-pen (2:1)

23:45. "Bavariya" (Almaniya) - "Bazel" (İsveçrə) (ilk oyun - 0:1) - 7:0
Qollar:
 Roben, 11 (1:0), 81 (7:0), Müller, 42 (2:0), Qomez, 45 (3:0), 50 (4:0), 61 (5:0), 67 (6:0)



14 mart

23:45. "Real" (Madrid, İspaniya) - CSKA (Moskva, Rusiya) (ilk oyun - 1:1)

23:45. "Çelsi" (İngiltərə) - "Napoli" (İtaliya) (İlk oyun - 1:3)



Əlavə edək ki, artıq 1/4 final mərhələsinə vəsiqə qazanmış 4 komandanın adı müəyyənləşib. Bunlar "Barselona" (İspaniya), "Milan" (İtaliya), "Benfika" (Portulqaliya) və APOEL (Kipr) klublarıdır.

 


Son xəbərlər