«Bakı» Almaniyada komanda yaradır

«Bakı» Almaniyada komanda yaradır
ÖLKƏ FUTBOLU 15 Aprel 2009 / 19:20 2686
-  A +

“Bakı” futbol klubu Avropada oynayan azərbaycanlı futbolçularla bağlı fəaliyyətini də davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, «Bakı»nın vitse-prezidenti Tunc Afşar Almaniyada yaşayan azərbaycanlı futbolçularla görüşüb. Tədbir klubun Berlin əyaləti üzrə təmsilçisi Yılmaz Arslan tərəfindən təşkil edilib.
T.Afşar bildirib ki, Almaniyada gördüklərini həm klubun, həm də AFFA-nın rəhbərliyi ilə paylaşacaq: «Planımızın növbəti mərhələsi Berlində oynayan azərbaycanlı futbolçulardan ibarət komanda yaradaraq onun Almaniya liqalarından birində iştirakını təmin etməkdir. Bunun sayəsində həm azərbaycanlı futbolçuların yetişməsinə və eyni zamanda ölkəmizin adının Avropada tanınmasına xidmət edəcəyik. Bu məsələdə başda AFFA olmaqla bütün müvafiq qurumların dəstəyinə ümid edirik».


 

Daha çox


Son xəbərlər