Fair-play qaydasını pozması Mahir Şükürovun Türkiyəyə transferini əngəlləyə bilər

Fair-play qaydasını pozması Mahir Şükürovun Türkiyəyə transferini əngəlləyə bilər
XƏBƏR 15 Aprel 2009 / 18:52 2575
-  A +

“Mahir Şükürovun transferində maraqlı olan Türkiyənin super liqa klubları onun iştirakı ilə olan disk və kasetlərə baxıblar və münasibətləri çox müsbətdir. Yəni, yayda futbolçunun Türkiyəyə transferi realdır. Bu yaxınlarda mən özüm də bu ölkəyə gedib məsələ ilə yerindəcə məşğul olacağam”. Bu sözləri Qol.Az-a Azərbaycan milli komandasının müdafiəçisi Mahir Şükürovun meneceri Sakit Rzayev deyib. Rzayev konkret ad çəkməyib. O, M.Şükürovun «Olimpik» - «Bakı» oyununda fair-play qaydasını pozmasının onun transferini əngəlləyəcəyini istisna etməyib. S.Rzayevin adiçəkilən olayın Türkiyəyə də gedib çıxdığını deyib: “Bəli, Mahirin bu hərəkətindən onu transfer etmək istəyən klublar da xəbər tutublar. Son söhbətimizdə məndən də soruşdular ki, bu nə məsələdir, belə şey həqiqətən də olubmu? Mən də dedim ki, düz eşitmisiniz. Darf məndən bu haqda əlavə heç nə soruşmadılar və özləri də heç nə demədilər. İnşallah, inanmaq istərdim ki, Mahirin bu hərəkəti onun Türkiyə karyerasına mənfi təsir etməyəcək”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı