Messi: "Qvardiola “Barselona” üçün məndən daha önəmlidir"

Messi: "Qvardiola “Barselona” üçün məndən daha önəmlidir"
DÜNYA FUTBOLU 12 Mart 2012 / 22:56 2610
-  A +

İspaniyanın “Barselona” klubunun argentinalı ulduzu Lionel Messi maraqlı açıqlamalarla çıxış edib.

Qol.Az-ın məlumatına görə, “Marka” qəzetinə müsahibəsində o, baş məşqçisi Qvardioladan, Ronaldo ilə müqayisə olunmasından və “Bayer”ə beş qol vurmasından danışıb.

MESSİ QVARDİOLA HAQDA

“Qvardiola “Barselona” üçün məndən daha önəmlidir. Bura gələndən sonra hər şeyi dəyişdirdi. “Barselona”nın oyunun dəyişməməsinin səbəbkarı məhz Qvardioladır. Ümid edirəm ki, o, bizimlə işləməkdə davam edəcək. Əks halda, Qvardiolasız bizə çətin olacaq”.

LA LİQA HAQDA

“Artıq İspaniya çempionluğunu qazanmağımız real görünmür. Düzdür, biz əlimizdən gələni edirik. Amma gerçəkçi olmaq lazımdır. “Real”ın çempion olacağı artıq kimsədə şübhə doğurmur”.

MESSİ, YOXSA RONALDO?

“Önəmli olan komanda olaraq uğura nail olmaqdır. Fərdi uğurlara elə də fikir vermirəm”.

“BAYER”Ə VURDUĞU BEŞ QOL HAQDA

“Çempionlar Liqasının oyununda bir də belə nəticəni təkrarlamaq çətindir. Mən bununla bağlı kiminləsə iddiaya girmək istəməzdim. Sadəcə, hər zaman futbol oynamaqdan zövq alıram”.

ÖZÜ HAQDA

"Mən özümü normal bir insan kimi görürəm. Özəl birisi deyiləm. Meydanda işimi görürəm, sonra bütün normal insanlar kimi həyatımı sürürəm”.

 


Son xəbərlər