«Xəzər Lənkəran» «Bakı»yla oyunun hazırlığına başladı

XƏBƏR 15 Aprel 2009 / 17:50 2224
-  A +

“Xəzər Lənkəran” dünəndən etibarən “Bakı” matçının hazırlığına başlayıb. Komanda bu gün saat 11.00-da növbəti məşqini keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, daha sonra baş məşqçi İqor Ponomaryov futbolçularla birgə ötən həftəsonu keçirilmiş “Neftçi” oyununun (1:2) təhlilini aparıb.
Sabah isə komanda iki dəfə- saat 11.00-da və saat 17.30-da məşq edəcək. Cümə günü futbolçuları yalnız bir məşq gözləyir. Səhər saat 11.00-da “Xəzər Lənkəran” mərkəzi stadionunun ehtiyat meydançasında oyünöncəsi son məşqi keçəcək komanda axşam nəzəri məşqlərə vaxt ayıracaq.
İqor Ponomaryovun dediyinə görə, bugünkü səhər məşqinə Ceyhun Sultanovdan başqa bütün futbolçular qatılıblar. Zədə üzündən bəzən ayağında ağrılar hiss edən Ceyhun trenajor zalında fərdi məşq edib.


 


Son xəbərlər