Rəşad Sadıqovun mobil telefonu əlindən alındı

XƏBƏR 15 Aprel 2009 / 17:44 2742
-  A +

Həftəsonu Türkiyə super liqasının növbəti turu çərçivəsində səfərdə “Dənizlispor”un qonağı olacaq “Kocaelispor” da hazırda ciddi vəziyyət hökm sürür. Qol.Az-ın “Özgür Kocaeli” qəzetinə istinadən verdiyi xəbərı görə, əvəzedici komanda ilə keçirilən yoldaşlıq görüşündən sonra klubunun bazasının qapıları bütün mətbuatın və ictimaiyyətin üzünə qapadılıb. Kritik matç öncəsi baş məşqçi Erhan Altın futbolçular üzərindəki nəzarəti də gücləndirib. Hamını bazaya cəlb edən baş məşqçi Dənizli matçının önəmini futbolçularına başa salıb. Altının sözlərinə görə, bu qarşılaşmada məğlub olan tərəf elita ilə vidalaşmış olacaq. Matç gününə kimi bütün futbolçular bazada yatıb, bazada duracaqlar. Axşamlar isə bütün futbolçuların mobil telefonları da yığılacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı