Ramal Hüseynov “Kocaelispor”un əsas heyətinə düşdü

Ramal Hüseynov “Kocaelispor”un əsas heyətinə düşdü
XƏBƏR 15 Aprel 2009 / 17:23 2801
-  A +

“Beşiktaş” məğlubiyyətinin ardından bütün diqqətini “Dənizlispor” matçına yönəldən “Kocaelispor” hazırlığını əvəzedici heyətlə keçirdiyi yoxlama oyunu ilə davam etdirib. Qol.Az-ın “Bizim Kocaeli” qəzetinə istinadən verdiyi xəbərə görə, matç 1:1 hesabı ilə başa çatıb. Ramal əsas komandanın heyətində meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. Onu da qeyd edək ki, klub prezidenti Serhan Gürkanla baş direktor Murat Karayelin də izlədiyi oyundakı çıxışına görə Hüseynov “Bizim Kocaeli” tərəfindən 2 ulduzla qiymətləndirib. Ramalla bərabər daha 5 futbolçu da bu bala layiq görülüb. Qalan futbolçular isə 1 ulduz alıb. Rəşad Sadıov isə qarşılaşmada forma geyinməyib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord