"Xəzər Lənkəran" Kamran Ağayevi Türkiyəyə əməliyyata göndərir

"Xəzər Lənkəran" Kamran Ağayevi Türkiyəyə əməliyyata göndərir
ÖLKƏ FUTBOLU 15 Aprel 2009 / 16:15 2965
-  A +

Futbolçu karyerasını başa vurmaq istədiyini deyən Azərbaycan milli komandasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev klubun ayrırdığı vəsait hesabına Türkiyədə əməliyat olunacaq. Bu xəbəri Qol.Az-a Lənkəran klubunun baş həkimi Boris Xetaqurov deyib. Onun sözlərinə görə, qapıçı ya sabah, ya da bürügün qonşu ölkəyə yola düşəcək. B.Xetaqurov Kamranın zədəsi və onun futbola qayıtmaq perspektivi barədə bunları deyib: “Kamranın onurğa sütunu zədələnib. Özü də bu zədə onda xronikidir. Lakin bu o demək deyil ki, Ağayev daha futbol oynaya bilməyəcək. Əməliyyatdan sonra reablitasiya keçməsi üçün ona 10 gün vaxt lazım olacaq. Sonra yavaş-yavaş məşqlərə başlaya bilər”.
Xatırladaq ki, K.Ağayev açıqlamasında «Xəzər Ləqkəran» klubunun onu yalnız yeni müqavilə imzaladıqdan sonra müalicəyə göndərmək istədiyini bildirmişdi.

Daha çox


Son xəbərlər