“Kamran Ağayev mənə dedi ki...”

XƏBƏR 15 Aprel 2009 / 15:44 2558
-  A +

“Kamran emosiyalara qapılaraq futboldan getdiyini deyib. Onda artıq ruh düşkünlüyü yaranıb. Dünən söhbətimiz oldu və mənə dedi ki, problemi “Xəzər Lənkəran”la bağlıdır. Həmin problemin nədən ibarət olduğunu isə mənə də demədi. Çünki həmişə mənimlə pərdə saxlayıb”. Bu sözləri Qol.Az-a Kamranı ilk dəfə Dəvəçidə kəşf edərək Bakıya gətirən, tanınmış uşaq futbol məşqçisi İslam Kərimov deyib. Kərimov yetirməsinin futbolu tərk edəcəyinə inanmır: “Kamranı yaxından tanıdığımdan onun xarakterinə bələdəm. Çox iradəli və möhkəm oğlandır. Bilirəm ki, nə qədər ağır zədələnsə də yenə özündə güp tapıb futbola qayıdacaq. Mən özüm də söhbət zamanı onu sakitləşdirdim. Hazırda Ağayevin güclü dəstəyə ehtiyacı var. Heç vaxt inanmaram ki, Kamran futbolu atsın. İnanın, əgər o, futboldan getsə, bu, Azərbaycan futbolu üçün böyük itki olacaq. Futbolumuz son 10 ildə onun kimi qapıçı yetişdirməyib. Ağayevi hazırda Azərbaycanın bir nömrəli qapıçısı sayıram».


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord