Finlərin baş məşqçisi Azərbaycan millisinə hədə-qorxu gəldi

XƏBƏR 15 Aprel 2009 / 15:38 2446
-  A +

Bu yaxınlarda Finlandiya Futbol Federasiyasının rəsmi internet saytına müsahibə verən Finlandiya millisinin baş məşqçisi Stüard Bakster komandasındakı və fin futbolundakı inkişafdan danışıb. Qol.Az-ın məlumatına görə, finlərin baş məşqçisi gələcəyə nikbin baxır və Azərbaycan da daxil olmaqda komandasının səfər oyunlarından xalla dönəcəyinə inanır: “Son vaxtlar Finlandiya futbolunun inkişaf etdiyini deyə bilərəm. Düzdür, milli komanda Norveçə məğlub oldu. Amma biz inkişafa doğru mühüm addımlar atmışıq. İnanıram ki, qarşıdakı seçmə oyunlarda da bunu sübut edəcəyik. Finlandiya millisinin təkcə evdə yox, səfərdəki matçlarından  də uğurlu nəticə ilə geri dönəcək. Fərqi yoxdur, istər Almaniya ilə oyunda, istərsə də Azərbaycanla”.


Son xəbərlər