“MKT-Araz” yenidən qayıdır

XƏBƏR 15 Aprel 2009 / 15:12 2982
-  A +

2007-ci ilin yayında fəaliyyətini dayandıran İmişlinin “MKT-Araz” klubu yenidən fəaliyətini bərpa edir. Qol.Az-ın məlumatına görə, yayda hazırlığa başlayacaq İmişli təmsilçisinin növbəti mövsümdən birinci divizionda mübarizəyə qoşulacağı gözlənilir. Saytımıza açıqlamasında klubun sabiq icraçı direktoru Mirheydər Seyfiyev belə bir fikirləri olduğunu söyləyib: «Stadion və futbolçu baxımından problemimiz yoxdur. Hər şey maliyyədə vəziyyətindən və sponsorun deyəcəyi son sözdən asılı olacaq. Əgər onlar razılıq versələr, avqustan etibarən komanda yenidən fəaliyətini bərpa edəcək”.

 


Son xəbərlər