“Beşiktaş”da skandal: Quarejma Karvalhalla dalaşdı

“Beşiktaş”da skandal: Quarejma Karvalhalla dalaşdı
DÜNYA FUTBOLU 10 Mart 2012 / 13:46 3287
-  A +

Avropa Liqasının “Atletiko” (Madrid) – “Beşiktaş” (İstanbul) matçının fasiləsində türk klubunun baş məşqçisi Karlos Karvalhal ilə futbolçu Rikardo Quarejma arasında insident baş verib.

Qol.Az-ın Türkiyənin “Hürriyyət” qəzetinə istinadən yaydığı məlumata görə, buna səbəb porfuqaliyalı mütəxəssisin öz həmyerlisi Quarejmanı ilk hissəsi 0:3 hesabıyla başa çatan matçın fasiləsində əvəzləmək istəməsi səbəb olub. Bu fikrini Rikardoya bildirdikdən sonra soyunub-geyinmə otağında qalmaqal başlayıb.

Oturduğu yerdın duran Quarejma su şüşələrini yerə çırpıb və baş məşqçisinin üzərinə yürüyüb. Önünə çıxanı vuran Kuarejma Karvalhalın ailəsinin ünvanına portəgizcə çox ağır söyüşlər yağdırıb.  Futbolçular aranı sakitləşdirməyə çalışsa da, Quarejma Karvalhala “Səni bura mən gətirdim. Sən məni oyundan çıxara bilmərsən. Çünki sən heç kimsən” – deyib.

Bununla da kifayətlənməyən Kuarejma əlindəki formanı ve qarşısına çıxan əşyaları məşqçisinin üzərinə atıb. Məşqçi isə yalnız ən sonda  Kuarejmaya “mən bu komandanın baş məşqçisiyəm, istədiyimi edərəm” – deyə cavab verib.

Oyundan sonra Karvalhal bəzi futbolçuları ilə söhbətində “Beşiktaş”da işlədiyi müddətdə Quarejmanı bir daha oynatmayacağını bildirib.

Qeyd edək ki, Türkiyə mətbuatı artıq Quarejmanın adının sabah “Orduspor”a qarşı keçiriləcək superliqanın matçına daxil edilməyəcəyini yazıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord