«Bakı» «Xəzər Lənkəran»la oyun ərəfəsi ciddi itkiylə üzləşdi

XƏBƏR 15 Aprel 2009 / 13:50 2459
-  A +

Həftəsonu Lənkərana çətin səfər edəcək “Bakı” matçın hazırlıqlarını gündə iki dəfə olmaqla davam etdirir. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə “zolaqlıar” səhər məşqini “Olmpik Star”da, axşam məşqini isə “Ədliyyə” stadionunda keçirlər. Heyətə gəlincə, Əhmət Ticaninin zədəli olması Haciyevskini narahat edir. Bu azmış kimi son məşqdə Batista da zədələnib. Lakin hər iki futbolçunun “Xəzər Lənkəran”la oyuna kimi sıraya qayıdacağı gözlənilir. Sonda qeyd edək ki, “Bakı” cümə günü səhər Lənkərana yola düşəcək, axşam isə matçın oynanılacağı stadionda məşqə çıxacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord