Rövnəq Abdullayev «Qarabağ»ın Ağdama köçməsinə razılıq verdi

Rövnəq Abdullayev «Qarabağ»ın Ağdama köçməsinə razılıq verdi
PREMYER LİQA 15 Aprel 2009 / 13:42 3848
-  A +

AFFA prezidenti Rövnəq Abdullayev «Qarabağ» klubunun ev oyunlarını Ağdamın Quzanlı kəndində keçirməsinə razılıq verib. Bu barədə Qol.Az-a məlumatı Ağdam-Ağcabədi dairəsindən millət vəkili, «Ədalət» qəzetinin baş redaktoru Aqil Abbas bildirib. Onun sözlərinə görə, dünən Milli Məclisin iclası zamanı Rövnəq Abdullayevlə görüşü olub: «Rövnəq Abdullayevlə bütün görüşlərimiz zamanı futbolumuzun problemlərini müzakirə edirik. Bilirsiniz ki, «Qarabağ»ın Ağdama köçməsiylə bağlı məsələni rayon rəhbərliyi və mən dəfələrlə qaldırmışam. Çünki «Qarabağ»ın Ağdama köçməsiylə komandaya yeni ruh gələcək. Bu, ən başlıcası Ağdam futbolunun inkişafına kömək edəcək».
A.Abbas R.Abdullayevin dünən ona «Qarabağ»ın Ağdama köçəcəyilə bağlı gözaydınlığı verdiyini söyləyib: «Məni görən kimi dedi ki, may ayından «Qarabağ» ev oyunlarını Ağdamın Quzanlı kəndində keçirə biləcək. O dedi ki, məsələni konkret qoyublar».
A.Abbas Quzanlı kəndindəki stadionda hazırlıq işlərinin getdiyini və bu meydançanın rəqib komandaları qəbul etməyə hazır olduğunu deyib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı