"Real" tarixinin ən yaxşı "11"-liyi açıqlandı

"Real" tarixinin ən yaxşı "11"-liyi açıqlandı
GÜNDƏM 9 Mart 2012 / 00:46 4170
-  A +

Dünyanın aparıcı komandalarından olan "Real" (Madrid) klubu 110 illiyini qeyd etməyə hazırlaşır.

Qol.Az-ın məlumatına görə, bu münasibətlə İspaniyanın "Marka" qəzeti "Real" tarixinin ən yaxşı "11"-liyini müəyyənləşdirib.

"Marka" qəzeti oxucularının səsverməsi ilə müəyyənləşdirilən ən yaxşı 11-likdə bəzi ulduz futbolçuların kənarda qalması da diqqətdən yayınmayıb.

Belə ki, bir vaxtlar "Real"ın şərəfini qoruyan Devid Bekhem, Ronaldo, Klod Makelele, Luiş Fiqo kimi ulduzların siyahıya düşə bilməməsi ölkədə birmənalı qarşılanmayıb. "Real"ın 110 illik tarixinin ən yaxşı "11"-liyi isə belədir:

İker Kasilyas, Roberto Karlos, Fernando Hiero, Serxio Ramos, Fernando Redondo, Zinəddin Zidan, Mişel, Ferens Puşkas, Alfredo Di Stefano, Raul Qonzalez, Kriştiano Ronaldo.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı