Messidən daha bir rekord

Messidən daha bir rekord
DÜNYA FUTBOLU 8 Mart 2012 / 13:53 2731
-  A +

"Barselona" klubunun ulduz futbolçusu Lionel Messi daha bir rekorda imza atıb.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, argentinalı futbolçu Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Bayer" (Leverkuzen) klubu ilə oyunda 5 qol vurmaqla adətən şou göstərib.

Bununla da, "Barselona"lı ulduz Çempionlar Liqasının bir oyununda 5 qola imza atan ilk futbolçu olub. Messi 2009-2010-cu illər mövsümündə "Arsenal"a 4 qol vurmaqla Alfredo Di Stefano, Ferens Puşkas və Marko Van Bastenin rekordunu təzələmişdi.

Qeyd edək ki, bu mövsüm 12 qolla ÇL-də bombardirlik siyahısına başçılıq edən Messini 6 topla "Bavariya"lı Mario Qomez izləyir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı