Quarejma: "Atletiko"dan çəkinmirik"

Quarejma: "Atletiko"dan çəkinmirik"
DÜNYA FUTBOLU 6 Mart 2012 / 14:02 2468
-  A +

"Beşiktaş" klubunun ulduz futbolçusu Rikardo Quarejma Avroliqanın 1/8 final mərhələsi çərçivəsində qarşılaşacaqları "Atletiko" (Madrid) oyunu haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "Marka" qəzetinə danışan portuqaliyalı futbolçu rəqiblərindən çəkinmədiklərini bildirib:

"Atletiko" böyük bir komandadır və çətin rəqibdir. Ancaq heç bir zəif komanda bu mərhələyə qədər irəliləyə bilməz. Əgər biz də bura qədər gəlmişiksə, deməli, iddialıyıq. Rəqibin heyətində təhlükəli futbolçular var.

Dieqo, Tiaqo və əsasən də Radamel Falkao. Onu gözdən qaçırmaq olmaz. Bununla belə, biz rəqibdən çəkinmirik. Futbol kollektiv bir oyundur və sonadək mübarizə aparacağıq".

Qeyd edək ki, "Atletiko" - "Beşiktaş" oyunu martın 8-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.


Son xəbərlər