“Çelsi”nin baş məşqçisi qovuldu

“Çelsi”nin baş məşqçisi qovuldu
DÜNYA FUTBOLU 4 Mart 2012 / 22:43 2760
-  A +

İngiltərənin “Çelsi” klubu ardıcıl uğursuzluqdan sonra bu movsümün əvvəli komandaya baş məşqçi təyin edilən Andre Villaş-Boaşla yolları ayırıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, klubun yaydığı rəsmi açıqlamada bildirilib ki, portuqaliyalı mütəxəssislə yolları belə tez ayırmaq istəməzdilər: “Amma təəssüf ki, komandanın hazırlığı və altığı nəticələr yetərli deyildi. Gələcək üçün ümid olmadığından belə qərarı vermək məcburiyyətində qaldıq. Hələ çempionatda ilk dördlüyə düşmək şansımız qalır. Federasiya kuboku və Çempionlar Liqasında mübarizəni davam etdiririk. Bundan sonrakı hədəfimiz mövsümü ən yaxşı şəkidə tamamlamaqdır”.

Məlumatda qeyd ediib ki, bu mövsümün sonuna qədər komandaya Roberto Di Matteo başçılıq edəcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı