Mourinyo: “Real” Türkiyə millisindən yaxşı komandadır”

Mourinyo: “Real” Türkiyə millisindən yaxşı komandadır”
DÜNYA FUTBOLU 4 Mart 2012 / 13:13 4087
-  A +

Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo bir sıra maraqlı açıqlamalarla çıxış edib.

Qol.Az-ın “Hürriyyət” qəzetinə istinadən yaydığı məlumata görə, o, komandasının türkiyəli futbolçusu Nuri Şahin haqda danışarkən bildirib ki, o, “Real”a digər futbolçular kimi fayda vermir. “Oynamayan futbolçular oynatmaq və ya onları ələ salmaq fikrində deyilik” – deyən Mourinyo bununla da, Nuri Şahini əsas heyətdə oynatmayacağının mesajını verib.

“Real” Türkiyə millisində daha yaxşı komandadır” – deyə Mourinyo daha sonra bunları əlavə edib: “Klublar milli komandalardan güclüdür. Millidə oynamaq klubda çıxış etməkdən asandır. Çünki klub komandaları daha yaxşıdır”.

Mourinyo qeyd edib ki, Nurinin “Real”da oynaması çox çətin olacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı