«Dünya çempionatının final mərhələsinə düşmək haqda fikirləşmək gülüncdür»

«Dünya çempionatının final mərhələsinə düşmək haqda fikirləşmək gülüncdür»
MÜSAHİBƏ 14 Aprel 2009 / 11:51 4013
-  A +

“Simurq”un ukraynalı baş məşqçisi Roman Pokora Qol.Az saytına müsahibə verib

- Roman Mixayloviç, hazırda klubun düşərgəsində vəziyyən necədir?
- Hər şey qaydasındadır. Yalnız Vladimir Mazyar yenidən zədələndib və onun “Olimpik”lə qarşılaşmada oynayacağı sual altındadır. Qalan futbolçuların heç bir problemi yoxdur. Elşən Məmmədovun da son vaxtlar yaxşı çıxış etdiyini deyə bilərəm. Mazyarın zədələnməsi fonunda bu, çox yaxşı haldır.
- Yeri gəlmişkən, Mazyar son vaxtlar formasını bərpa etməyə başlamışdı. Nə baş verdi yenə?
- Bilirsiniz, onun köhnə zədəsi var idi və həmin zədə yenidən baş qaldırıb.
- “Xəzər Lənkəran”ın “Neftçi”yə məğlubiyyəti sizin 3-cü pilləyə yüksəlməyinizi təmin etdi. Necə düşünürsünüz, “Simurq” ən azı bu mövqeyi sona qədər əlində saxlaya biləcək?
- Hər halda çalışacağıq. Onsuz da bizim əsas məqsədimiz mövsümü ilk “3-lük”də tamamlamaqdır.
- “Xəzər Lənkəran”ın “Neftçi”yə məğlubiyyəti sizin üçün gözlənilməz olmadı?
- Yox. “Neftçi” çox yaxşı komandadır. Heyətlərində güclü futbolçuları var. Bizimlə Zaqataladakı qarşılaşmada da bunu şahidi olmuşduq. “Xəzər Lənkəran”la oyunlarının ikinci hissəsinə baxdım və əminliklə deyə bilərəm ki, “Neftçi” qələbəyə layiq idi.
- Növbəti turda “Bakı” Lənkərana səfər edəcək, “İnter” isə “Neftçi” ilə üz-üzə gələcək. Bu isə sizə şans verir ki, onlara daha da yaxınlaşasınız.
- Təbii, şans var. Amma unutmayaq ki, biz də səfərdə “Olimpik”ə qarşı oynayacağıq. “Olimpik” isə elə-belə komanda deyil. Onlarla qarşılaşmaya son dərəcə məsuliyyətlə yanaşmaq lazımdır.
- Bayaq Mazyarın adını qeyd etdik, amma Tural Cəlilovu da unutmaq olmaz.
- Tural da çox yaxşı formadadır. Gəncdir, istedadı var. Onun gələcəkdə daha güclü futbolçu olacağına inanıram.
- Amma, nədənsə, Foqts millinin son toplanışına Cəlilovu çağırmadı.
- Bunun səbəbini bilmirəm. Bu, Foqtsun seçimidir və həmin seçimi hansı meyarlarla apardığından xəbərsizəm.
- Bu arada Turalda “ulduz xəstəliyi”nin simtomlarını hiss etmirsiniz?
- Siz hansı ulduz xəstəliyindən danışırsınız? Bizim komandada Bolkvadze kimi Ukrayna çempionu oynayır. Ondan başqa, Mazyar Kiyev “Dinamo”nun şərəfini qoruyub. Maxviladze Gürcüstan çempionu olub. Amma heç kim özünü ulduz kimi aparmır.
- Amma adətən, bizim yerli gənclərdə bu hal müşahidə olunur, bir qədər artıran kimi başları gicəllənir.
- Xeyr. Turalın belə bir problemi yoxdur və ola da bilməz. Özüm də bu barədə onunla danışmışam.
- Hazırkı vəziyyətdə “Simurq” avrokuboklara çıxmağa çox yaxındır. Amma bu, baş verərsə o zaman özünüzə başqa stadion seçməli olacaqsınız. Çünki Zaqatala stadionunun qazonu süni örtüklüdür.
- Bunun bizə hansısa maneçilik törədəcəyini düşünmürəm. Moskvada o boyda “Lujniki” stadionunun qazonu da sünidir. Rusiya millisi Azərbaycan da daxil olmaqla bütün ev oyunlarını həmin arenada oynayır.
- UEFA-dan hansısa nümayəndə heyəti gəlib stadionunuzun standardlara cavab verib- verməməsi ilə maraqlanıb.
- Hələ ki, yox. Amma mən inanmıram ki, onlar burada hansısa ciddi nöqsan tapsınlar. Bizim gözəl bazamıq, şəraitimiz, qonaqları qəbul etmək üçün otelimiz və şəhərimizin aeraportu var. Bir sözlə, Zaqatalada avrokuboklar oyunlarına ev sahibliyi etmək üçün hər cür şərait yaradılıb.
- Artıq 4 ildir ölkəmizdə işləyirsiniz. Necə fikirləşirsiniz, son illər çempionatımızın səviyyəsi artıb, yoxsa aşağı düşüb?
- Səviyyənin qalxıb, yaxud düşdüyənə dair fikir bildirmək istəməzdim. Ancaq federasiyanın son addımını alqışlayıram. Söhbət növbəti mövsümdən etibarən komandaların sayının azaldılmasından gedir. Hazırda son 4 pilləni tutan komandalar digərlərindən aşkar geri qalırlar və sırf statistik rolunu oynayırlar. Gərək, komandanın məqsədi, hədəfləri ola. Çıxıb ona-buna xal paylamaq kimə lazımdır. Ümumiyyətlə stadionu, bazası, azarkeşi olmayan komandalar çempionatda hansı məqsədlə oynayırlar mən anlamıram.
- Belə başa düşdük ki, siz 10 komandalı və 4 dövrəli çempionatın tərəfdarısınız?
- Komandanın sayı önəmli deyil. Olsun 12, yaxud 14. Amma əsas budur ki, həmin komandaların məqsədi olsun. Hazırkı vəziyyətdə komandaların sayının azaldılması ən yaxşı variantdır. Son vaxtlar Ukraynada da ixtisarlar gedir. Orada da maddi durumu zəif olan, şəraiti elitada oynamağa imkan verməyən klubları çempionatdan kənarlaşdırırlar.
- Azərbaycan milli komandası haqqında nə düşünürsünüz? Sizcə Foqts bizə kömək edə biləcək?
- Necə cavab verim? Bilirsiniz, Foqts çox təcrübəli mütəxəssisdir. Amma hazırkı vəziyyətdə milli komandanın baş məşqçisinə vaxt verilməlidir. Fəqri yoxdur, bu postu Foqts tutur, yaxud Pokora. İnkişaf bir günlə olmur. Kimsə qısa zamanda dünya çempionatının final mərhələsinə düşmək haqqında düşünürsə, bu, gülünc olardı. Bir daha deyirəm, Foqtsa öz ideyalarını həyata keçirmək üçün vaxt verilməlidir.
- Sizcə, gələcəyə ümid var?
- Niyə yoxdur? Azərbaycanda futbola böyük maraq var və onu sevirlər. Əsas da budur. Bundan başqa, futbol birbaşa dövlətin və onun prezidentinin nəzarətindədir. Ölkə başçısı özü hər şeylə yaxından maraqlanır, yeni stadionların açılışından şəxsən iştirak edir. Heç Ukraynada prezident futbolla maraqlanmır. Bizdə dövlət və prezident tərəfindən futbola bu qədər qayğı yoxdur.


 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın